41 yaşında karyerasını bitirdi

Almaniyanın “Verder” klubunun forvardı Klaudio Pisarro karyerasını bitirib.

Komanda.az xəbər verir ki, 41 yaşlı futbolçu bu qərarını “Haydenhaym”la keçirdiyi pley-off matçından (2:2) sonra açıqlayıb.

Pisarro karyerası ərzində “Çelsi”, “Bavariya” kimi klubların da şərəfini qoruyub. O, ümumilikdə 6 dəfə Bundesliqa çempionluğunu qazanıb.