4 ay sonra qayıdır – “Everton”un futbolçusu

İngiltərənin “Everton” klubun uzun müddətdir zədəli olan futbolçusu Andre Qomeş zədəsini sağaldıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, keçən ilin noyabrında zədələnən və əməliyyat olunan yarımmüdafiəçi, yaşıl meydanlara qayıtmağa hazırlaşır. Komandanın baş məşqçisi Karlo Ançelotti portuqliyalı futbolçunun Premyer Liqanın növbəti turunda keçiriləcək “Arsenal”la oyunda meydana çıxa biləcəyini deyib:

“Qomeş həftə sonu keçirilən məşqdə yaxşı, rahat oynadı. Məncə, artıq oynamaq üçün hazırdır. İlk oyunundan sonra özünü necə hiss etməsi ilə bağlı onunla danışacam. Şəxsi düşüncəm, oynaya biləcəyidir. Onunla söhbət edib, birlikdə qərar verəcəyik”.

Qomeşin noyabrda “Tottenhem”lə keçirilən oyunda (1:1) ayağı sınmışdı.

“Arsenal” – “Everton” oyunu fevralın 23-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button