“Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Linfild”in Şimali İrlandiya çempionatında “Uerronpoynt Taun”la bu günə nəzərdə tutulan 3-cü turun oyunu təxirə salınıb.

Komanda.az xəbər verir ki, Şimali İrlandiya Futbol Federasiyasının belə qərar verməsinə səbəb, “Linfild”in “Qarabağ”la gələn həftə oyunu olmasıdır.

“Linfild” “Qarabağ”a ilk görüşdə 3:2 hesabı ilə qalib gəlib. Komandalar arasındakı cavab matçı avqustun 29-da keçiriləcək.