37 yaşlı Pepe ilə 3 illik yeni müqavilə!

Portuqaliyanın “Portu” klubu müdafiəçisi Pepe ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı futbolçu ilə müqavilənin müddəti 2023-cü ilin yayına qədər artırılıb. Bu isə o deməkdir ki, təcrübəli futbolçu hələ 40 yaşına kimi oynamağa davam edəcək. Təbii ki, ciddi bir zədə problemi ilə üzləşməsə…

Qeyd edək ki, Pepe “Maritimo”nun yetirməsi olsa da, 2004-2007-ci illər aralığında “Portu”da forma geyinib. 2007-2017-ci illər aralığında Madrid “Real”ında, daha sonra iki il “Beşiktaş”da çıxış edən Portyqaliya millisinin müdafiəçisi, 2019-cu ildə yenidən “Portu”ya qayıdıb.