“Hər halda, qanuna qarşı çıxmalı deyilik” – Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan Premyer Liqasının 1-ci turunda “Keşlə” ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Qurbanov, 1:0 hesabıyla qalib gəldikləri oyunu belə şərh edib:

– Çətin oyun oldu. Sıx qrafikdəyik. Futbolçularımı həddindən artıq gərgin qrafik gözləyir. Nəticədən çox, futbolçularımın sağlam olması əsasdır. Diqqətli olmalıyıq. Bir qolla qalib gəldik. Futbolçularımı təbrik edirəm. Onlarda bir az psixoloji gərginlik var idi. Bizim üçün vacib qələbə oldu.

– “Linfild”lə oyunda zədəli futbolçuların yerini doldurmaq üçün bu matç nə material verdi?

– Futbolçuların bəzilərinə istirahət vermişdim. “Linfild”lə oyuna görə yox, sadəcə son oyunda çox yorulmuşdular. Almeyda və Rahili Avropa Liqasının oyununda cəzalı olduğu üçün bu qarşılaşmada oynatdım.

İsmayıl İbrahimlinin çıxışını necə dəyərləndirirsiz?

– İsmayılı təbrik edirəm. Meydanda özünü idarə edə bildi. Limitdə olan futbolçularımız var. Qol vurması o demək deyil ki, daim əsas heyətdə oynayacaq. Başqa futbolçulara da şans verəcəm.

– Mahir Emrelidən sonra Abdullah Zubir haqda da transfer xəbərləri çıxıb. Bu, nə dərəcə doğrudur?

– Bu haqda heç bir məlumatım yoxdur.

– Çempionatdakı limitin dəyişdirilməsinin vaxtı olduğunu düşünürsüzmü?

– Hər bir klubda hazırda limitə görə problemlər var. Futbolçulara da faydası olar, ancaq çətinlik çəkirik bu məsələdə. Hər halda, qanuna qarşı çıxmalı deyilik. Elə düşünməliyik ki, belə problemlər olmasın.

– “Linfild”i analiz etmisizmi?

– Məlumat toplamışıq. Sabahdan daha ciddi hazırlaşacağıq.

– Ötən mövsümün autsayderinin bugünkü çıxışını necə dəyərləndirirsiz?

– Bizim üçün asan olmadı. Yeni futbolçular gətiriblər. Bunlar nəticə verə bilər. Təcrübəli müdafiəçiləri var. Ötən illə müqayisədə bu il daha yaxşı olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button