33 il sonra gələn zəfər

Futbol üzrə İsveçrə kubokunun qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, həlledici oyunda “Yanq Boyz” və “Bazel” klubları üz-üzə gəlib.

Üç qolun qeydə alındığı matçda hesabı birinci hissədə “Bazel” açıb. Lakin fasilədən sonra iki qol vurmağa nail olan “Yanq Boyz” əzmkar qələbə sayəsində kubokun qalibi adını qazanıb.

“Yanq Boyz” bununla 33 illik həsrətə son qoyub. Çünki bu klub sonuncu dəfə 1987-ci ildə İsveçrə kubokunun qalibi olmuşdu. Bütövlükdə isə sözügedən komanda 7-ci dəfə (1930, 1945, 1953, 1958, 1977, 1987, 2020) belə uğura imza atıb.

İsveçrə çempionatında da qalib olan “Yanq Boyz” mövsümü “qızıl dubl”la başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button