31 qolun dəyişmədiyi “20-lik”

“Qəbələ” koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümündə 31 qol vurub.

Komanda.az xəbər verir ki, bunlardan 25-i Azərbaycan Premyer Liqası, 6-sı Azərbaycan kubokuna təsadüf edib.

Bu qollar klub tarixinin ən məhsuldar 20 oyunçusu siyahısında hər hansı dəyişikliyə səbəb olmayıb. Belə ki, bombardirlərin “20-liy”ində yalnız bir futbolçu hazırda da “qırmızı-qaralar”ın formasını geyinir. 13 qola malik Asif Məmmədov cari mövsümdə fərqlənməyib. O, Samir Zərgərovla 14-15-ci yerləri bölüşür.

Bombardirlər cədvəlinə isə 33 qol vuran Viktor Mendi başçılıq edir. Dodo ondan üç top geri qalır. Baqali Dabonun aktivində 27 qol var. İlk “20-lik”də 10-dan çox qol vuranlar yer alıb.

Ümumilikdə isə 2005-ci ildən indiyədək 546 matç keçirən “Qəbələ” 725 qol vurub. Komandanın 134 oyunçusu rəqib qapısına yol tapıb.

“Qəbələ”nin 20 ən yaxşı bombardiri

  1. Viktor Mendi – 33
  2. Dodo – 30
  3. Baqali Dabo – 27
  4. Filip Ozobiç – 25
    5-7. Cavid Hüseynov – 20
    5-7. Stiven Jozef-Monroz – 20
    5-7. Rövşən Əhmədov – 20
  5. Daniel Subotiç – 19
    9-10. Aleksey Qay – 18
    9-10. Kənan Kərimov – 18
  6. Yannik Kamanan – 17
  7. Deon Burton – 15
  8. Sergey Zenyov – 14
    14-15. Asif Məmmədov – 13
    14-15. Samir Zərgərov – 13
    16-18. İbrahim Hüseynov – 12
    16-18. Vitali Balamestnı – 12
    16-18. Ceyms Adeniyi – 12
    19-20. Ruslan Qurbanov – 11
    19-20. Rəşad Yusubov – 11
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button