30 min funt-sterlinq vədi verdi, sözünün üstündə durmadı FOTO

Son olaraq İngiltərənin “Liverpul” klubunun formasını geyinən Daniel Starricə sərt reaksiyalar var.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl futbolçunun Los Ancelesdəki evinə oğru girmiş, onun əşyalarını və “Huski” cinsindən olan itini oğurlamışdı. İngiltərəli futbolçu, 1,5 ildir baxdığı iti gətirən adama 30 min funt-sterlinq məbləğində bəxşiş verəcəyini açıqlamışdı. Axtarışlardan sonra it tapılaraq, futbolçuya təhvil verilib, amma…

Killa Feym adlı bir repçi, sosial şəbəkədə etdiyi paylaşımda, itin tapılmasında bir qohumunun böyük rolu olduğunu bildirib. Futbolçuyla əlaqə saxladığını bildirən Feym, söz verilən məbləği ala bilmədiyini deyib. “Liverpul”da aylıq 300 min avro qazanan 29 yaşlı futbolçunun sözünün üstündə durmaması insanların sərt reaksiyasına səbəb olub.