3 komanda itkisiz irəliləyir

Basketbol üzrə Azərbaycan Super Liqasında 2-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Texniki universtitetin idman zalında baş tutan oyunlarda bu hesablar qeydə alınıb:

“Atletik” – “Sıçrayış” 65:44
“80-lər” – “Zirvə-Astara” 66:89
“Atom” – “Xırdalan” 72:64

Xatırladaq ki, ilk oyun günündə də “Gəncə” “Sərkərdə”ni 81:72 hesabıyla üstələmişdi.

2 turdan sonra turnir cədvəlindəki vəziyyət belədi: “Atletik”, “Zirvə”, “Atom” – 4 xal, “Gəncə”, “Sərkərdə”, “Sıçrayış” – 3, “80”-lər, “Xırdalan” – 1.