“Üç həftədə hər şey dəyişə bilər” – Zidan

“Real” klubunun baş məşqçisi Zinəddin Zidan “Roma” ilə qarşılaşdıqları yoxlama oyunundan (əsas vaxtı 2:2, penalti seriyası 6:7) sonra maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan fransız mütəxəssis, bunları deyib:

“Transferlər davam edəcəkmi, bilmirəm. Hazırda bir heyətimiz var, ancaq üç həftədə hər şey dəyişə bilər. Bu heyətlə çempionata başlayacağıq və buna hazırıq.

Hər şey ola bilər. Xames Rodriqes “Roma” ilə oyunun heyətində yox idi, ancaq sonra nə olacaq, bilmək olmaz. Transfer pəncərəsi dövrünün bitiminə qədər çox şey dəyişə bilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button