3-cü Avropa Oyunlarının keçiriləcəyi ölkə bilindi

2023-cü ildə keçiriləcək 3-cü Avropa Oyunlarına ev sahibliyini edəcək ölkənin adı açıqlanıb.

Komanda.az xəbər verir ki, yarış Polşanın Krakov şəhərində keçiriləcək. Bu barədə Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi saytı məlumat yayıb. Bu qərar Avropa Olimpiya Komitəsinin Minskdə keçirilən baş assambleyasında qitənin 50 milli komitəsi tərəfindən açıq səsvermə yolu ilə qəbul olunub.

4 ildən bir keçirilən Avropa Oyunları ilk dəfə 2015-ci ildə Bakı şəhərində təşkil olunub.

İkinci Avropa Oyunları isə iyunun 21-də Minskdə start götürüb və ayın 30-dək davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button