27 futbolçu çağırdılar – Azərbaycanla oyuna

Futbol üzrə Belarus millisinin UEFA Millətlər Liqasında Azərbaycan, Slovakiya və Qazaxıstana qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, baş məşqçi Georgi Kondratyev 27 futbolçuya dəvət göndərib. Bu futbolçulardan 3-ü qapıçı, 10-u müdafiəçi, 12-si yarımmüdafiəçi, 2-si isə hücumçudur.

Belarus millisi Millətlər Liqasında ilk matçını iyunun 3-də Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Slovakiya yığmasına qarşı keçirəcək. Üç gün sonra eyni stadionda Azərbaycan millisini qəbul edəcək Belarus yığması iyunun 10-da Qazaxıstanla qarşılaşacaq. Belarus futbolçuları iyunun 13-də Bakıda yenidən Canni De Byazinin baş məşqçisi olduğu yığma komanda ilə görüşəcək.