Azərbaycan millisindən heç-heçə

Bosniya və Herseqovinanın Zenitsa şəhərində təlim-məşq toplanşında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 0:0 hesabı ilə baş çatıb.

Qeyd edək ki, bu yığmalar arasında ilk matçda millimiz 0:3 hesabı ilə uduzmuşdu.