Komandasının düşərgəsinə qatılmadı – “Mançester Yunayted”ə görə

İngiltərənin “Mançester Yunayted” klubu “Sauthempton”un futbolçusunu heyətinə qatmaq niyyətindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Sauthempton”un 25 yaşlı yarımmüdafiləçisi Mario Lemina “qırmızı şeytanlar”ın maraq dairəsindədir. Artıq Mançester təmsilçisinin futbolçu üçün klubuna müraciət etdiyi bildirilir.

Leminanın klub rəhbərliyindən başqa klublarla danışıqlar aparmaq üçün icazə aldığı və yeni mövsümə hazırlıq üçün komandanın düşərgəsinə qatılmadığı bildirilir.

2017-ci ildən “Sauthempton”un şərəfini qoruyan Lemina, son mövsümdə iştirak etdiyi 23 oyunda 1 qolla yadda qaldı.