“Bir gün ora qayıdacağıma əminəm” – Kasilyas

“Real”ın və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hazırda “Portu”nun şərəfini qoruyan 38 yaşlı qolkiper, “kral klubu”na qayıtmaq istədiyini bildirib:

“Bir gün yenidən “Real”a qayıtmaq istəyirəm. Son beş ildə bu komandada olmamağıma baxmayaraq, “Real”ın evim olduğunu düşünürəm. 25 ilimi orda keçirdim və bir gün ora qayıdacağıma əminəm”.

Kasilyas 1999-2015-ci illərdə “Real”ın əsas komandasında çıxış edib.