Dzeko 100-ə çatdı, 7-ci oldu

“Roma” İtaliya A Seriyasının 22-ci turunda “Sassuolo”ya məğlub olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 2:4 hesabıyla bitən qarşılaşma paytaxt klubunun hücumçusu Edin Dzeko üçün əlamətdar olub. Belə ki, “Sassuolo” ilə matçda fərqlənən hücumçu, “Roma”da 100 qol həddinə çatıb.

Bosniya və Herseqovina milli komandasının da üzvü olan Dzeko, 100 qolla “Roma” tarixinin ən çox qol vuran 7-ci futbolçusu olub. “Roma”nın bombardiri isə 307 qolla Françesko Tottidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button