“Benfika”nın futbolçusu “Arsenal”ın hədəfində

“Benfika”nın müdafiəçisi Ruben Diaz karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Arsenal” 22 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. London təmsilçisi komandanın yay toplanışına qatılmayan və klubdan ayrılmaq istədiyini bildirən Loran Koselninin boşluğunu Diazla doldurmağı planlaşdırır.

“Topçular”ın tezliklə futbolçu üçün danışıqlara başlayacağı bildirilir. Portuqaliyalı futbolçunun transfer qiymətinin 66 milyon avro olduğu, amma “Arsenal”ın danışıqlar zamanı bu məbləği endirməyə ümid etdiyi deyilir.

“Benfika”nın yetirməsi olan futbolçu ilə “Mançester Yunayted”in də maraqlandığı bildirilir.