22 mindən çox bilet satılıb – “Lex” – “Qarabağ” oyununa

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşada “Lex”lə keçirəcəyi ilk oyununa indiyədək satılmış biletlərin sayı məlum olub.

Komanda.az Polşa klubunun rəsmi “tvitter” hesabına istinadən xəbər verir ki, oyun üçün 22 mindən çox bilet satılıb.

“Lex” kassada 21 minə yaxın biletin qaldığını açıqlayıb. “Poznan” stadionu 43 min azarkeş tutumuna malikdir.

İyulun 5-də keçiriləcək “Lex” – “Qarabağ” matçı saat 22:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button