Slovakiya – Azərbaycan matçının hakimləri bilindi

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – Azərbaycan oyununun hakimləri açıqlanıb.

Komanda.az xəbər verir ki, oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Kristofer Hagens olacaq. Ona Anders Olav Dale və İsak Elias Başevkin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Rohit Saggi yerinə yetirəcək.

Oktyabrın 8-də, Nitra stadionunda keçiriləcək Slovakiya – Azərbaycan oyunu saat 18:30-da start götürəcək.