Azərbaycan millisi üçün “Stade de Tourbilion”

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveçrə – Azərbaycan oyununun başlanma saatı və görüşün keçiriləcəyi stadion müəyyənləşib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, martın 26-da Syon şəhərindəki “Stade de Tourbilion”da keçiriləcək qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) başlayacaq.