Azərbaycan millisinin Gürcüstanla oyununa hakim təyinatları açıqlandı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan – Azərbaycan oyununun hakimləri açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Dmitri Dmitryev olacaq. Ona Denis Yemelyançikov və Anton İqnatsyuk yardımçı olacaq. Dördüncü hakim funksiyasnı isə Denis Şerbakov yerinə yetirəcək.

Oktyabrın 13-də, Qori şəhərindəki “Tengiz Burjanadze” stadionunda keçiriləcək Gürcüstan – Azərbaycan oyunu saat 19:00-da start götürəcək.