Azərbaycan millisinin üzvü Türkiyədə klubunu dəyişdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Mustafa Yıldırımın yeni klubu bilinib.

Komanda.az xəbər verir ki, 19 yaşlı hücumçu “Alanyaspor”dan “İstanbulspor”a keçib. Bu barədə Türkiyə 1-ci liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mustafa ilə 4,5 illik müqavilə imzalanıb.

Hücumçu bu mövsüm “Alanyaspor”un gənclərdən ibarət komandasında 22 oyuna 1 qol vurmuşdu.

Mustafa Azərbaycanın U-21 millisində iki oyuna çıxıb.