Ronaldo – 1000!

“Yuventus” İtaliya A Seriyasının 25-ci turunda SPAL-ı məğlub edib.

Komanda.az xəbər verir ki, 2:1 hesabıyla bitən görüş Turin təmsilçisinin hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub. Belə ki, SPAL-la görüş 35 yaşlı futbolçunun peşəkar karyerasındakı 1000-ci matçı olub.

Ronaldo bu oyunlarda 725 qol vurub və 220 məhsuldar ötürmə edib. Portuqaliyalı hücumçu 5 dəfə də “qızıl top”u qazanıb.

Ronaldo karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real” kimi klubların da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button