Özildən Azərbaycana dəstək – FOTO

“Başakşəhər”də çıxış edən Almaniya millisinin keçmiş futbolçusu Məsut Özil Azərbaycan – Ermənistan sərhədində baş verənlərlə bağlı paylaşım edib.

Komanda.az xəbər verir ki, 34 yaşlı türk əsilli almaniyalı yarımmüdafiəçi “instaqram” hesabında öz dəstəyini nümayiş etdirib

Özil şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyib və onların ailələrinə başsağlığı verib.

Özil Vətən müharibəsi dönəmində də eyni addımı atmışdı.