UEFA Gənclər Liqası: “Qəbələ” püşkü gözləyir

Bu gün UEFA Gənclər Liqasında Çempionlar yolunun püşkü atılacaq. Saat 15:00-da başlayacaq tədbirdə ilk iki mərhələnin cütləri müəyyənləşəcək.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qəbələ”nin ilk mərhələdə üz-üzə gələcəyi komanda, həmçinin növbəti mərhələdəki mümkün rəqibi məlum olacaq.

Püşk öncəsi komandalar 4 qrupa bölünüb. 3-cü “səkkizlik”də yer alan “Qəbələ”nin U-19 komandasının 7 mümkün rəqibi müəyyənləşib: “Rux” (Ukrayna), MTK (Macarıstan), “Zaqlebiye” (Polşa), “Hayduk” (Xorvatiya), “Trençín” (Slovakiya), “Jalgiris” (Litva), “Yelqava” (Latviya).

Birinci mərhələnin oyunları sentyabrın 14-də və oktyabrın 5-də baş tutacaq. İkinci mərhələ oktyabrın 26-da və noyabrın 2-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button