Afrikalılardan Premyer Liqa klublarını narazı salacaq qərar

2021-ci ildə keçiriləcək Afrika Millətlər Kubokunun ev sahibi və təşkil olunma vaxtı məlum olub.

Komanda.az xəbər verir ki, mundial Kamerunda keçiriləcək. Bu barədə sözügedən ölkənin futbol federasiyası məlumat yayıb.

Turnir 2021-ci ilin 9 yanvarından 6 fevralına qədər davam edəcək. Afrika Millətlər Kuboku adətən iyun və iyul aylarında keçirilir. Ancaq hava şəraiti ilə əlaqədar, mundialın qış aylarında – yanvar və fevralda keçirilməsi qərara alınıb.

Bu qərar İngiltərənin Premyer Liqa klublarına ciddi təsir edəcək. Çünki klublar ölkə çempionatının davam etdiyi vaxtda afrikalı futbolçularını yığmalarına göndərməlidirlər.