“Qəbələ”dən ayrıldı, “Sumqayıt”la müqavilə imzaladı – rəsmi

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu növbəti futbolçunun keçidini reallaşdırıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, son mövsümü “Qəbələ”də keçirmiş qapıçı Tərlan Əhmədli ilə 1 illik müqavilə imzalanıb. Tərlan “Sumqayıt”da 1 nömrəli formanı geyinəcək.

2012-2017-ci illər arasında da “kimyaçılar”da çıxış etmiş Tərlan Əhmədli bu dönəmdə ümumilikdə 11 oyun keçirib. Qapıçı son klubu “Qəbələ” ilə yanaşı (14 oyun), “Rəvan”, “Xəzər Bakı” və “Sabah” klublarının da uğurları üçün çalışıb. Tərlan Azərbaycanın U-21 və U-23 millilərinə də dəvət alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button