2019-cu ilin ən yaxşı klub məşqçisi bəlli oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin ən yaxşı klub məşqçilərinin siyahısını açıqlayıb.

Komanda.az xəbər verir ki, bu ilin ən yaxşı klub məşqçisi İngiltərənin “Liverpul” klubunun çalışdırıcısı Yurgen Klopp seçilib.

Almaniyalı mütəxəssis 369 xalla birinci olub. İkinci pillənin İngiltərənin digər təmsilçisi “Mançester Siti”də çalışan Pep Qvardiola tutub – 100 xal. İlk üçlüyü Hollandiyanın “Ayaks” klubunun baş məşqçisi Erik Ten Haaq qapayır – 82 xal.

Qeyd edək ki, Kloppun çalışdırdığı “Liverpul” 2019-cu ildə UEFA Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button