“Qəbələ”dən “Sumqayıt”a – Rəsmi

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, son mövsümü “Qəbələ”də keçirmiş İlqar Qurbanov “kimyaçılar”la 1 illik müqavilə imzalayıb. Qurbanov “Sumqayıt”da 50 nömrəli formada çıxış edəcək.

Türkiyənin “Fənərbaxça” komandasının yetirməsi olan İlqar Qurbanov peşəkar karyerası ərzində “Qəbələ” ilə yanaşı (29 oyun), “Xəzər Lənkəran” (56 oyun, 6 qol), “Sivasspor” (11 oyun, 1 qol), “Boluspor” (19 oyun, 3 qol), “Olimpik Şüvəlan” (23 oyun, 2 qol), “Mersin İdman Yurdu” (7 oyun) və “Qarabağ”ın (109 oyun, 4 qol) uğurları üçün çalışıb.

2006-cı ildən Azərbaycan millisinin şərəfini qoruyan İlqar, yığmanın heyətində 16 qarşılaşmada meydanda olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button