Hacinin oğluna 2 təklif

Sabiq futbolçu George Hacinin oğlu, “Vitorul”un şərəfini qoruyan Yanis Haci karyerasını başqa klubda davam etdirə bilər.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu “Ayaks”ın və “Genk”ın transfer hədəfindədir. Amsterdam təmsilçisi rumıniyalı futbolçu üçün 2 milyon avro, “Genk” isə 3,75 milyon avro təklif edib. George Hacinin oğlunun “Ayaks”da forma geyinməsini istədiyi bildirilir.

“Vitorul”un daha sərfəli təklifləri gözləyəcəyi, eyni zamanda, gənc futbolçu ilə “Anderlext”, “Valensiya”, “Sevilya” kimi klubların maraqlandığı deyilir.