2 il sonra yenidən A Seriyasında

Futbol üzrə İtaliya A Seriyasında 2020/21 mövsümünün daha bir iştirakçısının adına aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, B Seriyasında çempionluğu təmin edən “Benevento”nun ardından “Krotone” də elitaya vəsiqə qazanıb.

Sözügedən komanda buna 36-cı tur çərçivəsində səfərdə “Livorno”nu 5:1 hesabıyla məğlub etməklə nail olub. Xal ehtiyatını 65-ə çatdıran “Krotone” sona iki tur qalmış izləyiciləri üçün əlçatmaza çevrilib.

Qeyd edək ki, “Krotone” 2 il əvvəl A Seriyasını tərk etmişdi. Kalabriya təmsilçisi tarixində üçüncü dəfə elitaya yüksəlir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button