2, 5, 10 manat – biletlər satışa çıxarıldı

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Slovakiya və Belarusa qarşı keçirəcəyi ev oyunlarının biletləri satışa çıxarılıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, biletlər 1-ci kateqoriya üçün 5 manat, 2-ci kateqoriya üçün 2 manat, VİP üçün isə 10 manatdır.

Milli komanda iyunun 10-da “Dalğa Arena”da Slovakiyanı, 3 gün sonra isə eyni məkanda Belarusu qəbul edəcək. Hər iki qarşılaşma saat 20:00-da start götürəcək.