Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına prezident seçildi – iraqlı

Albaniyanın paytaxtı Tiranada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) hesabat-seçki konfransı keçirilib.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Komanda.az-a verilən məlumata görə, mərasimdə qurumun baş katibi Rizvan Rəsulov və onun köməkçisi Kamal Axundovdan ibarət nümayəndə heyəti də iştirak edib.

Konfransda IWF-in prezidenti postuna seçkilər keçirilib. Səsvermə nəticəsində iraqlı Məhəmməd Calud qurumun prezidenti seçilib.

Bununla yanaşı, federasiyanın vitse-prezidentləri, İdarə Heyətinin üzvləri və digər postlar üzrə seçkilər keçirilib, yeni vəzifələrin sahibləri müəyyən edilib.

Azərbaycanın nümayəndə heyətinin üzvləri konfransda iştirakla yanaşı, bir sıra işgüzar görüşlər keçirib, müzakirələr aparıblar.