190 futbolçu, 1 məşqçi şəhid olub – AFFA rəsmən açıqladı

AFFA-nın Qeydiyyat sistemində müxtəlif vaxtlarda qeydiyyatdan keçmiş 191 nəfər 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına şəhid olub.

Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, onlardan 190 nəfər oyunçu, 1 nəfər isə məşqçi kimi sistemdə qeydiyyatda olub.

Şəhidlərin ən gənci 2002-ci il, ən yaşlı olanı isə 1982-ci il təvəllüdlüdür.

2009-cu ildən bu günə kimi 212.000-dən çox şəxs AFFA-nın Qeydiyyat sistemində qeydiyyata alınıb. Bu sistem futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyatını əhatə edir.

Xatırladaq ki, şəhid olan mülki şəxslər arasında Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvü Şəhriyar Qurbanov da var.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button