19 yaşlı futbolçu “Lill”də

Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Lill”, PSJ-nin 19 yaşlı futbolçusu Vircili Postolaki ilə müqavilə imzalayıb. Fransalı futbolçu, 2023-cü ilədək “Lill”in şərəfini qoruyacaq.

PSJ yetirməsi olan futbolçu, son olaraq Paris təmilçisinin B komandasında çıxış edib.