Türk futbolçu “Bavariya” yolunda

Son mövsümdə “Ştutqart”ın Bundesliqanı tərk etməsindən sonra gələcəyi sual altında olan Ozan Kabakla bağlı maraqlı iddia irəli sürülüb.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı türk futbolçu “Bavariya”ya keçə bilər. “Ştutqart”la müqaviləsində “transferində “Bavariya” üstünlüyə sahibdir” bəndi olduğu deyilən futbolçunun sərbəst qalma dəyəri 15 milyon avrodur.

“Bavariya”nın bu transfer üçün yaxın günlərdə hərəkətə keçəcəyi deyilir.

“Qalatasaray”ın yetirməsi olan Ozan, qış transfer dövründə 11 milyon avro müqabilində “Ştutqart”a transfer olunmuşdu.