Azərbaycan millisinin toplanışı ləğv olundu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Macarıstandakı təlim-məşq toplanışı ləğv olunub.

Komanda.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Samir Əliyev məlumat verib. O, toplanışın ləğv olunma səbəbinin koronavirus epidemiyası olduğunu deyib:

“Martın 16-da Macarıstanda olmalı idik. Orada ölkənin müvafiq yığma komandası ilə iki yoldaşlıq görüşü keçirməyi planlaşdırırdıq. Nə fevral, nə də martda beynəlxalq oyun keçirə bilmədik. Bunun üçün təəssüflənirik. Çünki bu beynəlxalq təcrübə futbolçulara lazım idi. Amma məlum məsələyə görə alınmadı. Aprel və sonrakı aylarda yoldaşlıq görüşü və təlim-məşq toplanışı keçirmək niyyətindəyik”. (Report)

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 2020/2021-ci il mövsümünün seçmə mərhələsində 8-ci qrupda Fransa, Yunanıstan və Moldova ilə birgə mübarizə aparacaq. Bu qrupun oyunları oktyabrın 7-də, 10-da və 13-də Moldovada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button