Azərbaycan millisi Norveçə biabırçı hesabla uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, milli Norveç yığması ilə qarşılaşıb. İtaliyada keçirilən qarşılaşma Azərbaycan millisinin biabırçı məğlubiyyəti ilə başa çatıb – 0:7.

Avropa çempionatı, seçmə mərhələ, 1-ci tur

20 oktyabr

Norveç – Azərbaycan 7:0
Qol:
Sinne Bronstad, 1; 26-pen. Katinka Tandberq, 35. Kristina Svandal, 74; 80. Julie Aune Jorde, 78. İris Omarsdottir, 83-pen.
Baş hakim: Luiza Tompson (Şimali İrlandiya)