Mərkəzdən “doqquzluğ”a vurulan qol – video

19 yaşadək futbolçulardan ibarət milli komandaların Asiya çempionatında Malayziya və Kamboca yığmaları qarşılaşıb.

Komanda.az xəbər verir ki, görüş Malayziyanın 5:4 hesablı qələbəsiylə başa çatıb. Oyunda Malayziyanın futbolçusu Lukman Hakim bin Şamsudin gözəl qola imza atıb. Belə ki, komandasının 2:3 hesabıyla geridə olduğu zaman, 17 yaşlı hücumçu mərkəzdən birbaşa “doqquzluğ”u hədəf alıb.

Şamsudin bu yay Belçikanın “Kortreyk” klubu ilə 5 illik müqavilə imzalayıb.