19 ildən sonra evdə məğlub oldular

Futbol üzrə İspaniya millisi 19 ildən sonra ilk dəfə doğma meydanda rəsmi oyunda məğlub olub.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ispanların məğlubiyyətsiz oyunlar seriyası Millətlər Liqasının 5-ci turunun İsveçrə ilə görüşündə başa çatıb.

Rəqibinə 1:2 hesabı ilə uduzan İspaniya yığması 56-cı ev qarşılaşmasında yenilib.

İspanlar daha əvvəl 2003-cü ildə AÇ-2004-ün seçmə mərhələsində Yunanıstana doğma meydanda 0:1 hesabı ilə uduzmuşdu.

İspaniya millisi sonuncu turda sentyabrın 27-də Portuqaliyanın qonağı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button