25 milyon avro ver, Allini al

İngiltərənin “Everton” klubu yarımmüdafiəçisi Dele Allini satmağı planlaşdırır.

Komanda.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, ingilis futbolçu “Everton”un məşqçilərinin ümidlərini doğrultmadığı üçün onu 25 milyon avroya satmağa hazırdırlar.

25 yaşlı yarımmüdafiəçinin “Everton”la müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Alli bu mövsüm Premyer Liqada 9 oyun keçirib, qol vurmayıb.