Ozan qol vurdu, komandası darmadağına sevindi

Azərbaycan millisinin və “Sabah” klubunun keçmiş futbolçusu Ozan Can Kökçünün çıxış etdiyi “Telstar” Niderland 2-ci liqasında növbəti oyununa çıxıb. 

Komanda.az xəbər verir ki, “Telstar” 34-cü turda səfərdə “Ekselsior”un qonağı olub. Oyun Ozanın komandasının 4:1 hesablı qələbəsiylə başa çatıb. Ozan Can da bu matçın iştirakçısı olub. O, qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. Ozan Can 52-ci dəqiqədə penaltidən komandasının üçüncü qolunu vurub.

Bu oyundan sonra xallarını 35-ə yüksəldən “Telstar” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button