“Çox xoşbəxtəm” – “Qəbələ”nin futbolçusu

“Qəbələ” klubu ilə müqaviləsini yeniləyən Ruan Renato bu haqda fikirlərini bölüşüb. 

Komanda.az xəbər verir ki, Renato “instaqram” hesabında etdiyi paylaşımda çox xoşbəxt olduğunu yazıb: 

“Çox xoşbəxtəm və növbəti mövsümlər üçün ailəmlə birlikdə daha motivasiyalıyam”.

28 yaşlı futbolçunun “qırmızı-qaralar”la müqaviləsi 2023-cü ilin yayına qədər uzadılıb. O, 2021-ci ilin avqustundan “Qəbələ”də çıxış edir.