18 yaşlı futbolçu üçün 26 milyon avro ödədilər

Fransanın “Renn” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi 18 yaşlı belçikalı hücumçu Jeremi Dokunu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Anderlext”dən transfer edilmiş futbolçu ilə 5 illik müqavilə imzalanıb.

İstedadlı futbolçu “Anderlext”də keçirdiyi 37 oyuna 6 qol, 7 məhsuldar ötürmə müəllifi olub. Artıq Belçika yığmasında da 2 oyuna çıxan Doku, 1 qola da imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button