Azərbaycan millisi Farer adalarına da uduzdu

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirib.

Komanda.az xəbər verir ki, yığmamız Farer adalarından olan həmyaşıdları ilə qarşılaşıb. Azərbaycanlı futbolçular bu görüşdən də məğlub ayrılıblar.

Azərbaycan millisi ilk turda Sloveniyaya 0:6, ikinci turda isə Norveçə 0:5 hesabıyla uduzmuşdu.

Avropa çempionatı, qızlar, seçmə mərhələ

23 oktyabr

16:00 Azərbaycan U-17 – Farer adaları U-17 0:1
Baş hakim:
Jelena Jermolayeva (Latviya)