Braziliya millisi dünya çempionu oldu

17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi məlum olub.

Komanda.az xəbər verir ki, mundialın həlledici görüşündə Braziliya və Meksika yığmaları üz-üzə gəlib. Görüş, Braziliya yığmasının 2:1 hesablı qələbəsiylə başa çatıb.

Üçüncü yerin sahibi isə Hollandiyanı 3:1 hesabıyla məğlub edən Fransa yığması olub.