Azərbaycan millisinin oyunları Belçikada keçiriləcək

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamızla bərabər Norveç, Belçika və Lüksemburq komandalarının yer aldığı 3-cü qrupun oyunları 5-12 oktyabr tarixlərində Belçikada təşkil olunacaq.