Azərbaycan milli komandasında baş məşqçi təyinatları

16 və 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçiləri məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Elxan Abdullayevə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi isə Aqil Nəbiyevə həvalə olunub.