Lider darmadağına sevindi, “Qarabağ” uduzdu

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.

Liderlər qrupunda qərarlaşan “Turan Tovuz” Zaqatalada yerli komandaya məğlub olub. “Zirə”nin əvəzediciləri “Sumqayıt”a evdə uduzub. “Qaradağ Lökbatan”ın qonağı olan MOİK isə minimal hesabla qələbə qazanıb.

Sonuncu oyun günündə də üç görüş baş tutub. “Neftçi”nin əvəzediciləri “Kəpəz” üzərində inamlı qələbəyə sevinib. Lider “Səbail-2” bu dəfə “Keşlə”nin əvəzedicilərini darmadağın edib. “Qarabağ”ın ikinci komandası isə “Ağsu”ya minimal hesabla məğlub olub.

Birinci divizion, 12-ci tur

28 noyabr

Zaqatala – Turan Tovuz 3:1
Qol: Kamal Dənziyev, 7, 25; Famil Camalov, 88 – Xəyal Əmirli, 79-öz qapısına.
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Teymur Teymurov, Nicat İsmayıllı
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zaqatala şəhər stadionu, 14:30

Zirə-2 – Sumqayıt-2 1:4
Qol: Tapdıq Əhmədov, 4 – Rüfət Abdullazadə, 71, 74; Cavid Quliyev, 85; Səbuhi Əliyev, 90+7
Hakimlər: Kamal Umudlu, Mübаriz Haşimov, Kamran Bayramov, Elçin Məsiyev
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“AZAL Arena”, 14:30

Qaradağ Lökbatan – MOİK 0:1
Qol: Orxan Həsənov, 52.
Hakimlər: Vüqar Həsənli, Nahid Əliyev, Elman Kərimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30

29 noyabr

Neftçi-2 – Kəpəz 2:0
Qol: Vüsal Əsgərov, 4. Hüseyn Hüseynzadə, 14.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Binə qəsəbə stadionu, 14:30

Səbail-2 – Keşlə-2 3:0
Qol: Vidadi Cəfərov, 45. Şöhrət Yusifov, 59. Bahadur Həziyev, 90+3.
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Səbuhi Soltanov, Əliyar Ağayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”, 15:30

Qarabağ-2 – Ağsu 0:1
Qol: Qalib Əmrahov, 73.
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Əmrahov, Ruslan Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 16:30

Qeyd: Bu tur “Sabah-2” komandası istirahət edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button