11400 manatlıq çempionatda reytinq favoriti məğlub oldu

Qadın şahmatçılar arasında Azərbaycan çempionatında 2-ci turun görüşləri keçirilib.

Komanda.az xəbər verir ki, qara fiqurlarla mübarizə aparan Ülviyyə Fətəliyeva Ayan Allahverdiyevanı məğlub edib. Hesabat turu yarışın reytinq favoriti Gülnar Məmmədovanın ağ fiqurlarla Gövhər Beydullayevaya məğlub olması ilə diqqəti cəlb edib. Digər partiyalarda qalib müəyyənləşməyib. Türkan Məmmədyarova – Xanım Balacayeva, Xəyalə Abdulla – Ləman Hacıyeva arasında görüşlər bərabərliklə yekunlaşıb.

İki turdan sonra maksimum nəticə ilə Gövhər Beydullayeva liderliyə yüksəlib. Liderdən yarım xal geri qalan Xanım Balacayeva və Ülviyyə Fətəliyeva 2-3-cü yerləri bölüşdürür. 

Azərbaycan tarixində qadınlar arasında 31-ci ölkə çempionatının mükafat fondu artırılaraq 11 400 manat təşkil edir. Çempion olacaq şahmatçı 4000 manat pul mükafatı qazanacaq.